İranın BƏƏ-yə hücumu zamanı Azərbaycan vətəndaşları XƏSARƏT ALIBLAR – RƏSMİ

İranın BƏƏ-yə hücumu zamanı Azərbaycan vətəndaşları XƏSARƏT ALIBLAR – RƏSMİ






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın Birləşmiş Ərəb Əmirliklərinə hücumu zamanı Azərbaycan vətəndaşları da xəsarət alıblar.

presstvaz xəbər verir ki, bu barədə ərəb ölkəsinin Müdafiə Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd olunur ki, martın 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İran ərazisindən doqquz ballistik raket və 35 PUA atıldığını aşkar edib.

“Ballistik raketlərdən səkkizi məhv edilib, biri isə dənizə düşüb. Bundan əlavə, 35 PUA buraxılışı aşkar edilib, onlardan 26-sı ələ keçirilib, doqquzu isə BƏƏ ərazisinə düşüb”, – deyə nazirlikdən bildirilib.

Məlumata görə, eskalasiyanın başlanğıcından bəri İran BƏƏ istiqamətinə 262 ballistik raket və 1475 PUA atıb:

“Hücumlar nəticəsində altı nəfər – BƏƏ, Pakistan, Nepal və Banqladeş vətəndaşları həlak olub, 122 nəfər isə orta və yüngül xəsarət alıblar. Xəsarət alanlar arasında BƏƏ, Misir, Sudan, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka, Azərbaycan, Yəmən, Uqanda, Eritreya, Livan, Əfqanıstan, Bəhreyn, Komor adaları, Türkiyə, İraq, Nepal, Nigeriya, Oman, İordaniya və Fələstin vətəndaşları var”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv