Azərbaycanın Çindəki səfirliyində seçki məntəqəsi yaradıldı

Azərbaycanın Çindəki səfirliyində seçki məntəqəsi yaradıldı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyində seçki məntəqəsi yaradılıb. Məntəqə seçki komissiyasının üzvləri, katibləri və sədri seçilib.

“Presstv”az   Secki-2024.az-a istinadən xəbər verir ki, Çində yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşları fevralın 7-də yerli vaxtla səhər saat 8:00-dan axşam 19:00-dək səfirlikdə yaradılmış seçki məntəqəsində səs verə biləcəklər. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə biləcəklər.

Məntəqə seçki komissiyası Prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkili üçün tam hazırdır. Çində konsulluq qeydiyyatında olan vətəndaşlarımızın Prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Belə ki, səsvermədə iştirakla əlaqədar konsulluq qeydiyyatında olan vətəndaşlarımız məlumatlandırılıb.

Bundan başqa, səfirliyin rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında, habelə həmvətənlərimizin “Wechat” messencer proqramındakı qruplarında elan yerləşdirilib. Azərbaycanın Çindəki səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün Pekində olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər.

Qeyd edək ki, növbədənkənar Prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

“Presstv”az xəbər portalı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv