Mili Məclisdən İranın Naxçıvana PUA hücumları ilə bağlı BƏYANAT

Mili Məclisdən İranın Naxçıvana PUA hücumları ilə bağlı BƏYANAT






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı Komissiyası Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikası ərazisindən olunan PUA hücumlarına dair Bəyanat qəbul edib.

presstvaz Bəyanatı təqdim edir:

“2026-cı il martın 5-də Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən partlayan döyüş başlığı ilə təchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirilib.

PUA-lardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını zədələyib, digəri isə Babək rayonunun Şəkərabad kəndində orta məktəb binasının yaxınlığına düşüb. Hücumlar zamanı dörd nəfər mülki şəxsin xəsarət aldığı müəyyən edilib.

Muxtar Respublikanın yeganə beynəlxalq hava qapısı olan hava limanının və mülki infrastrukturun hədəfə alınmasını beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, dövlətimizin ərazi bütövlüyü və suverenliyinə yönəlmiş qəsd və terror aktı kimi qiymətləndiririk.

Komissiya İran tərəfindən həyata keçirilən, özündə hərbi, siyasi və informasiya komponentlərini birləşdirən bu xain hərəkəti həm də hibrid hücum əməliyyatı hesab edir. Eyni zamanda, Azərbaycanın sosial media seqmentində İranın bu fəaliyyətini dəstəkləyən informasiya kampaniyasının aparıldığı və manipulyativ fikirlərin yayıldığı müşahidə olunur.

Bu hücumların vətəndaşlarımız arasında çaşqınlıq və qorxu yaratmaq, müvafiq dövlət qurumlarına olan etimadı sarsıtmaq, Azərbaycanın regional mövqeyinə və beynəlxalq nüfuzuna zərər vurmaq məqsədilə edildiyi şübhə doğurmur.

Azərbaycan tərəfi beynəlxalq hüquq çərçivəsində müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı və xaricdə yaşayan soydaşlarımızı dövlətimizin gücünə və rəsmi məlumatlara inanmağa çağırır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv