Azərbaycan və Belarus baş nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Belarus baş nazirləri arasında telefon danışığı olub






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında telefon danışığı olub.

presstvaz xəbər verir ki, telefon danışığı əsnasında iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.

Hökumət başçıları regiondakı mövcud vəziyyəti müzakirə ediblər. Naxçıvanda baş vermiş insidentlə bağlı narahatlıq ifadə olunub.

Ə.Əsədov İranın pilotsuz uçuş aparatlarından istifadə etməklə Azərbaycana qarşı həyata keçirdiyi hücumlar barədə məlumat verib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan və Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv