Britaniyada 67 it cinsi yox ola bilər

Britaniyada 67 it cinsi yox ola bilər






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyanın sabiq kraliçası II Elizabetlə simvollaşan məşhur korgi itlərinin gələcəyi Britaniyada sual altındadır.

presstvaz xəbər verir ki, bu barədə “La Vanguardia” nəşri yazıb.

Məlumata əsasən, buna səbəb Britaniya parlamentində müzakirə olunan və heyvanların sağlamlığının qorunmasını hədəfləyən yeni yetişdirmə standartlarıdır. Qanun layihəsi heyvanlarda ağrı və ya sağlamlıq problemlərinə səbəb olan fiziki xüsusiyyətlərə malik cinslərin artırılmasını məhdudlaşdırmağı nəzərdə tutur.

Narahatedici xüsusiyyətlər sırasında qısa ayaqlar, yastı burun quruluşu və dəridə həddindən artıq qırışların olması qeyd edilir.

Məlumata görə, korgi, taksa və şi-tzu kimi cinslər də daxil olmaqla, ümumilikdə 67-dən çox it növü bu meyarlara uyğun hesab edilə bilər. Ekspertlər bildirirlər ki, spesifik bədən quruluşuna görə bu cür cırtdan itlər tez-tez artrit, oynaqlarda ağrılar və onurğa problemləri ilə üzləşirlər.

Təşəbbüsə qarşı çıxanlar xəbərdarlıq edirlər ki, yeni qaydaların tətbiqi Böyük Britaniyada bəzi məşhur it cinslərinin tədricən yoxa çıxmasına səbəb ola bilər. Digər tərəfdən, islahat tərəfdarları heyvan rifahının hər şeydən üstün tutulmalı olduğunu vurğulayırlar.

KİV-də yayılan məlumatlara görə, sözügedən qanun layihəsinin qəbul edilməsi prosesi ən azı beş il çəkə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv