Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI

Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı metropolitenində xətlərin ayrılması ilə bağlı metronun “28 May” stansiyası ətrafında yerləşən “Şaxta 1” və “Şaxta 2” sahələrində qazıntı işləri tam başa çatdırılıb.

presstvaz-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarəedilməsi departamentinin rəisi Məmməd Rzayev deyib.

 

O bildirib ki, artıq mövcud tunellərə birləşdirici keçid tunelləri inşa olunub və hazırda yeni tunellərin tikintisinə başlamaq üçün hazırlıq mərhələsi davam edir:

“Bakı metrosunda xətlərin ayrılması ilə bağlı paralel şəkildə iki əsas layihə icra olunur. Bunlardan biri Dərnəgül deposunun tikintisinin ikinci mərhələsinin tamamlanması, digəri isə ayrılma layihəsi çərçivəsində yeni tunellərin inşasıdır.

“Yaşıl xətt”in müstəqil fəaliyyəti üçün depo vacib infrastruktur hesab olunur və ikinci fazanın yekunlaşması yeni tunellərin qazılmasına start verilməsinə imkan yaradacaq.

Eyni zamanda, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tərəfindən avtomobil və piyada tunellərinin tikintisi davam etdirilir. Metro rəhbərliyi layihənin metro üçün zəruri hissəsinin tamamlanmasını gözlədiklərini, bundan sonra isə xəttin depo ilə birləşdiriləcəyi və xətlərin ayrılması üzrə əsas tikinti mərhələsinə başlanılacağını diqqətə çatdırıb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv