Saçları qaynar su ilə yumaq təhlükəlidir – Həkimdən xəbərdarlıq

Saçları qaynar su ilə yumaq təhlükəlidir – Həkimdən xəbərdarlıq






presstv

"Presstv"az #Audi, #Braziliya, #Həkim, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Saçları qaynar su ilə yumaq sağlamlıq problemlərinə səbəb ola bilər”.

presstvaz xəbər verir ki, bu barədə braziliyalə dermatoloq Sintiya Gedes “Terra” nəşrinə müsahibəsində xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, qaynar su dərinin qoruyucu funksiyasını yerinə yetirən təbii yağ qatını (sebumu) həddindən artıq parçalayır. Nəticədə epidermisdə (dərinin üst qatı) quruluq, qabıqlanma və qıcıqlanma kimi əlamətlər yarana bilər.

Mütəxəssis bildirib ki, saçları qaynar su ilə yumaq “geridönüş effekti”nə də səbəb ola bilər. Belə ki, dəri həddindən artıq təmizlənməyə cavab olaraq daha çox yağ ifraz etməyə başlayır. Bu isə baş dərisinin daha tez yağlanmasına gətirib çıxarır.

Bundan əlavə, saçların hər gün qaynar su ilə yuyulması kəpək problemini daha da kəskinləşdirə bilər. Buna görə də dermatoloq saçların yuyulması zamanı yalnız ilıq və ya sərin sudan istifadə etməyi tövsiyə edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv