Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə yeni sənədli film təqdim olunub

Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə yeni sənədli film təqdim olunub






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Böyük Qayıdış, #Hadisə, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Leyla Əliyeva, #Milli Məclis, #Vəzifə, #Xocalı soyqırımı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nizami Kino Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə “Xocalı: Əsir uşaqlıq” adlı sənədli filmin təqdimatı keçirilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, ekran əsəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində istehsal olunub.

Əvvəlcə Xocalı faciəsinə dair fotoşəkillərdən ibarət xüsusi sərgi təşkil olunub. Məqsəd Xocalı sakinlərinin üzləşdiyi dəhşətli hadisələri bir daha yaddaşlara həkk etmək və soyqırımı qurbanlarının xatirəsini anmaq olub.

Sənədli filmdə Xocalıda məskunlaşmış Məmmədovlar ailəsinin səkkiz üzvünün girov götürülməsi, onların məruz qaldığı faciəvi hadisələr və şahidlərin ifadələri geniş şəkildə əks etdirilib.

Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və Milli Məclisin deputatı Naqif Həmzəyev Xocalı faciəsindən bəhs ediblər. Onlar bu hadisənin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi tarixdə qaldığını bildiriblər.

Daha sonra “CVN Group”un baş direktoru, filmin yaradıcısı Səbinə Məlikova və soyqırımının canlı şahidi Mürvət Məmmədov çıxış edərək erməni girovluğunda yaşanan dəhşətlərin heç vaxt unudulmamasının zəruriliyini diqqətə çatdırıblar.

Azərbaycan Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərvanə Cəlallı “Xocalı: Əsir uşaqlıq” sənədli filminin təqdimatı zamanı media nümayəndələrinə filmin çəkilməsinin məqsədini açıqlayıb:

“Film Xocalı soyqırımını həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırmaq, bu faciəni gündəmdə saxlamaq və milli yaddaşı möhkəmləndirmək məqsədi daşıyır”.

Qeyd olunub ki, sənədli film Gənclər Fondu, “Belə-belə işlər” və CVN TV, eləcə də “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə ərsəyə gətirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv