Oksford və Harvard adı altında saxta diplomlar yayılır

Oksford və Harvard adı altında saxta diplomlar yayılır






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Milli Məclis, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Bu gün dünyada, xüsusilə Avropada çox sayda psevdo-akademiyalar və kommersiya məqsədli qurumlar fəaliyyət göstərir. Təəssüf ki, Sovetlər Birliyi dağıldıqdan sonra bu tip qurumların bir qismi postsovet məkanında da yaranıb".

presstvaz xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının 2025-ci ilin elmi yekunlarına həsr edilmiş Ümumi yığıncağında Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.

Bildirib ki, onlar bəzən yüksək ixtisaslı mütəxəssisləri belə özlərinə cəlb edə bilirlər ki, bu da elm üçün nüfuz gətirən hal deyil.

Son zamanlar bəzi hallarda alimlərin guya hansısa akademiyaların və ya nüfuzlu universitetlərin, məsələn, Oksford Universiteti və ya Harvard Universiteti nəzdində fəaliyyət göstərən qurumların diplomlarını təqdim etməsi halları müşahidə olunur:

"Açıq demək lazımdır ki, bu cür halların arxasında əksər vaxt yalnız maliyyə maraqları dayanır. Orada nə real elm, nə ciddi tədqiqat, nə də beynəlxalq nüfuz mövcuddur. Bu cür tendensiyalara qarşı hamımız birlikdə ciddi mübarizə aparmalıyıq. Çünki bu, elmimizin gələcək inkişafı üçün olduqca təhlükəli istiqamətdir".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv