Azad edilən ərazilərdə reyestrə daxil edilən yeni ünvanların sayı açıqlandı

Azad edilən ərazilərdə reyestrə daxil edilən yeni ünvanların sayı açıqlandı






presstv

"Presstv"az #Audi, #Kənd Təsərrüfatı Nazirliyi, #Şuşa, #Torpaq sahəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən il işğaldan azad edilmiş ərazilərdə yerləşən 5 930 ha torpaq sahəsinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı 2025-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dörd müraciət daxil olub.

presstvaz rəsmi statistikaya istinadən xəbər verir ki, əvvəlki dövrlərdə daxil olmuş işlər nəzərə alınmaqla 2 691.66 ha torpaq sahəsi üzrə altı müraciətə razılıq verilib.

Bundan başqa, Xocavənd rayonu üzrə 45 611.52 ha, Kəlbəcər rayonu üzrə 3 695.77 ha, Ağdərə rayonu üzrə 33 260.55 ha və Şuşa rayonu üzrə 12 962.19 ha, ümumilikdə 95 530.03 ha ərazi üzrə geobotaniki məlumatlar Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə (TEKUİS) daxil edilərək ümumilikdə 114 obyektin geobotaniki xəritəsi tərtib olunub.

Həmçinin işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 191 küçə üzrə 9 153 giriş ünvanı, 2 943 daxili ünvan təyin edilərək Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.

İl ərzində işğaldan azad edilmiş ərazilərdə torpaq tədqiqatı üzrə 140.2 min ha, geobotaniki tədqiqat üzrə isə 95.5 min ha ərazidə kameral işlər aparılıb.

İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 233.7 min ha sahədə laboratoriya işləri yerinə yetirilib.

Torpaq tədqiqatı üzrə 177 min ha, geobotaniki tədqiqat üzrə 56.7 min ha sahədə laboratoriya işləri aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv