Lənkəranda “saxta jurnalist” əməliyyatı: Müəssisə rəhbərlərini şantaj edən şəxs saxlanıldı

Lənkəranda “saxta jurnalist” əməliyyatı: Müəssisə rəhbərlərini şantaj edən şəxs saxlanıldı






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #DİN, #Lənkəran, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən 34 yaşlı şəxs ifşa olunub

         Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, vətəndaşların işgüzar nüfuzuna xələl gətirən, şantaj xarakterli və yalan məlumatların qərəzli şəkildə yayılmasına qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Saxta reportajla hədə-qorxu Məlumata görə, müxtəlif müəssisə və obyekt rəhbərlərindən özünü ölkədə yayımlanan televiziya kanallarından birinin əməkdaşı kimi təqdim edən şəxsin pul tələb etməsi barədə polisə şikayətlər daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Şəhriyar Həsənzadə saxlanılıb.

         Reportajı yaymamaq üçün pul istəyib presstvaz xəbər verir ki, araşdırmalar zamanı Ş.Həsənzadənin cinayət sxemi üzə çıxıb. Məlum olub ki, o, ayrı-ayrı təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq, guya onların fəaliyyəti haqqında rüsvayedici və işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirib. Şübhəli şəxs həmin materialların televiziya və sosial şəbəkələrdə yayılmaması müqabilində müəssisə rəhbərlərindən müxtəlif məbləğlərdə pul tələb edib.

Araşdırmalar davam edir Hazırda Ş.Həsənzadənin qanunsuz hərəkətlərindən zərər çəkmiş digər şəxslərin müəyyən edilməsi və törədilmiş əmələ hüquqi qiymət verilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv