“Xalq Bank”dan sahibkarlar üçün girovsuz biznes krediti

“Xalq Bank”dan sahibkarlar üçün girovsuz biznes krediti






presstv

"Presstv"az #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Xalq Bank” yeni kredit kampaniyası kənd təsərrüfatı və digər biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün daha əlçatan maliyyələşmə şərtləri təqdim edir.

Belə ki, kampaniya çərçivəsində sahibkar fiziki şəxs və hüquqi şəxslər 50 000 AZN-dək biznes kreditini 24 ayadək müddətə və girov təminatı olmadan əldə edə bilərlər. Həmçinin, kampaniya müddəti ərzində 300 000 AZN-dək və 48 ayadək təklif edilən təminatlı kreditlər üzrə daşınmaz əmlakın sığortalanması tətbiq edilmir. Bu şərtlər sahibkarlara dövriyyə vəsaitinin artırılması və biznes fəaliyyətinin genişləndirilməsi üçün əlavə maliyyə dəstəyi yaradır.

Qeyd edək ki, kampaniya 31 avqust 2026-cı ilədək qüvvədədir.

Kampaniyadan yararlanmaq üçün sahibkarlar “Xalq Bank”ın ölkə üzrə bölgələr də daxil olmaqla, 30 filialdan ibarət geniş filial şəbəkəsinə müraciət edə bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv