“Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaiti çap olunub

“Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaiti çap olunub






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #elmi tədqiqat, #Hakim, #informasiya texnologiyaları, #Kitab, #Konstitusiya Məhkəməsi, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli Aviasiya Akademiyasının dəstəyi ilə hüquq elmləri doktoru, professor Firuzə Abbasova, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə və hüquq elmləri doktoru Fərdin Xəlilovun müəllifliyi ilə “Ədalət mühakiməsi hüququ” adlı kitab işıq üzü görüb.

presstvaz xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Bildirilib ki, vəsait Azərbaycan Respublikasında ədalət mühakiməsinin nəzəri və praktiki aspektlərinə həsr olunub. Kitabda ədalət mühakiməsinin anlayışı, müasir məhkəmə-hüquq islahatları, məhkəmələrin fəaliyyətində informasiya texnologiyalarının, rəqəmsallaşmanın və süni intellekt sistemlərinin perspektivləri və ədalət mühakiməsinin həyata keçirilməsinə dair əsas müddəalar təqdim olunub.

Vəsaitdə həmçinin ədalətli məhkəmə araşdırması hüququnun institusional və prosessual təminatları, Azərbaycan Respublikasının məhkəmə sistemi, hakimlərin və ədalət mühakiməsinin digər iştirakçılarının hüquqi statusu, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, ədalət mühakiməsinin etik aspektləri oxucuya anlaşılan dildə izah edilib.

Dərs vəsaitindən tələbələrlə yanaşı, hakimlər, prokurorluq və digər hüquq-mühafizə orqanları əməkdaşları, vəkillər, elmi tədqiqatçılar, eləcə də ədalət mühakiməsi ilə maraqlanan digər şəxslər faydalana bilərlər.

Kitabın məsləhətçisi Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov, rəyçiləri isə Məhkəmə-Hüquq Şurasının üzvü, hüquq elmləri doktoru, professor Azər Cəfərov və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru, professor Fərhad Abdullayevdir.

Vəsait hüquq ictimaiyyətinə ilk dəfə 20 fevral 2026-cı il tarixində baş tutmuş Azərbaycan Hakimlərinin II Forumunda təqdim edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv