Moskvada “Ramazan çadırı” layihəsi çərçivəsində Azərbaycan axşamı keçirilib

Moskvada “Ramazan çadırı” layihəsi çərçivəsində Azərbaycan axşamı keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Leyla Əliyeva, #Moskva şəhəri, #Rəhman Mustafayev, #Rusiya, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın paytaxtı Moskva şəhərində ənənəvi “Ramazan çadırı” mədəni-xeyriyyə layihəsi çərçivəsində Azərbaycana həsr olunmuş tədbir keçirilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, iftar mərasimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından, qurumun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.

Tədbir çərçivəsində işğaldan azad edilmiş ərazilərdə fondun dəstəyi ilə bərpası həyata keçirilən məscidlərə həsr edilmiş fotosərgi təqdim olunub.

Axşamı fondun Rusiyadakı nümayəndəliyinin direktor müavini Nazim İsmayılzadə açaraq, Leyla Əliyevanın salamlarını iştirakçılara çatdırıb və qurumun humanitar təşəbbüslərə, mədəniyyətin inkişafına və dini abidələrin bərpasına xüsusi önəm verdiyini vurğulayıb.

Fondun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova müqəddəs Ramazan ayında iftarların təşkilinə göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, Ramazan mərhəmət, mənəvi təmizlənmə və xeyirxah əməllər ayıdır.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Yusif Vəzirov səfir Rəhman Mustafayevin təbriklərini çatdıraraq iştirakçılara müqəddəs ay münasibətilə xoş arzularını ifadə edib.

Moskva müftisinin müavini Marat Arslanov bildirib ki, “Ramazan çadırı” çərçivəsində Azərbaycan axşamının keçirilməsi artıq uzunillik ənənəyə çevrilib və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə verir.

Tədbirin sonunda təşkilatçılar tərəfindən Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə təşəkkürnamə təqdim olunub.

Bədii proqram çərçivəsində uşaq müsəlman məktəbinin yetirmələri, daha sonra “Buta Trio” kollektivi konsert proqramı ilə çıxış ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv