BAFTA-da qalmaqal: Münsiflər heyətinin üzvü istefa verdi

BAFTA-da qalmaqal: Münsiflər heyətinin üzvü istefa verdi






presstv

"Presstv"az #Aktyor, #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

BAFTA mükafatının münsiflər heyətinin üzvü Konte Riçardson istefa verdiyini açıqlayıb.

presstvaz xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində paylaşım edib.

Riçardson istefasının 2026-cı il mükafat mərasimində baş vermiş insidentlə bağlı olduğunu bildirib. Belə ki, mərasim zamanı şotlandiyalı fəal Con Devidson qaradərili aktyorlar Maykl B.Cordan və Delroy Lindoya mükafat təqdim edərkən “N” hərfi ilə başlayan irqçi ifadə səsləndirib.

Məlumata görə, Devidson Turet sindromundan əziyyət çəkir. Bu xəstəlik zamanı insanın iradəsindən asılı olmayaraq müxtəlif səslər və sözlər səsləndirməsi mümkündür.

Riçardson qeyd edib ki, təşkilat yayımın iki saatlıq gecikmə ilə efirə verilməsinə baxmayaraq, insidenti montaj etməyib və buna görə üzr istəməyib. Onun sözlərinə görə, belə bir vəziyyətdə BAFTA ilə əməkdaşlığı davam etdirmək yolverilməzdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv