ABŞ-nin İrana qarşı genişmiqyaslı hücum planı – Bölgəyə 150-dən çox təyyarə göndərilib

ABŞ-nin İrana qarşı genişmiqyaslı hücum planı – Bölgəyə 150-dən çox təyyarə göndərilib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Donald Tramp, #Gəmi, #Hadisə, #İran, #İraq, #Müharibə, #təyyarə, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ İrana qarşı mümkün hərbi əməliyyatlar üçün Yaxın Şərq və Avropadakı aviabazalarına 150-dən çox döyüş təyyarəsi yerləşdirib.

presstvaz xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti aviasiya məlumatlarına və peyk görüntülərinə istinadən məlumat yayıb.

Nəşr ABŞ-nin bölgədəki hazırkı qüvvələrinin miqyasını 2003-cü il İraq müharibəsindən bəri ən böyük hərbi mövcudluq adlandırıb. Bu artım ABŞ Prezidenti Donald Trampın İranla nüvə proqramını məhdudlaşdırmaq üçün razılıq əldə olunmayacağı təqdirdə İslam Respublikasına hücum hədələlərindən sonra baş verib.

Qeyd edilir ki, İran rəsmiləri razılaşmanın mümkün olduğunu, lakin bunun vaxt aparacağını bildiriblər.

Hadisələri təhlil edən mütəxəssislər bölgədə yerləşdirilən qüvvələrin İrana qarşı çoxgünlük hücum planlarından xəbər verdiyi vurğulayırlar.

Qəzet qeyd edir ki, fevralın 23-də Krit adasında lövbər salan “USS Gerald R.Ford” aviadaşıyıcı gəmisində onlarla əlavə təyyarə var.

Nəşrin məlumatına görə, bu, Yaxın Şərqə yerləşdirilən ikinci aviadaşıyıcı gəmidir. Bu isə o deməkdir ki, bütün aktiv ABŞ gəmilərinin təxminən üçdə biri hazırda sözügedən regiondadır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv