Niderlandın qaz ehtiyatları rekord həddə azaldı

Niderlandın qaz ehtiyatları rekord həddə azaldı






presstv

"Presstv"az #Audi, #Avropa, #Belçika, #Fransa, #Niderland

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Niderlandda qaz ehtiyatları rekord səviyyəyə enib, anbarlar cəmi 11 faiz doldurulub.

presstvaz yerli mətbuata istinadən xəbər verir ki, bu barədə qaz nəqli şəbəkəsi operatoru “Gasunie” məlumat yayıb.

Məlumata görə, Avropa üzrə orta hesabla yeraltı qaz anbarları təxminən 30% doldurulub. Bu da Niderlandın göstəricilərindən xeyli yüksəkdir.

Krallığa qaz bir neçə kanal vasitəsilə daxil olur: bir hissəsi ölkə daxilində hasil edilir, tədarüklər, həmçinin Belçika və Fransa vasitəsilə həyata keçirilir. Mayeləşdirilmiş təbii qaz isə mütəmadi olaraq dəniz yolu ilə gəlir. Bu fonda “Gasunie” hələlik tədarüklərin sabitliyinə təhlükə görmür.

Qeyd olunur ki, geosiyasi amillərlə əlaqədar Niderlandın yeni hökuməti strateji ehtiyatların formalaşdırılmasına yanaşmanı yenidən nəzərdən keçirə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv