Meksika Xaliskoda nəzarəti gücləndirir: İki min əsgər bölgəyə yeridilib

Meksika Xaliskoda nəzarəti gücləndirir: İki min əsgər bölgəyə yeridilib






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #İctimai nəqliyyat, #Meksika, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Meksika Milli Müdafiə Nazirliyinin iki min əsgəri Xalisko ştatına gəlib və “Yeni Nəsil” kartelinin liderinin zərərsizləşdirilməsindən sonra başlayan iğtişaşları yatırmaq və təhlükəsizliyi təmin etmək üçün patrul xidmətinə başlayıb.

presstvaz xəbər verir ki, bu barədə regionun qubernatoru Pablo Lemus ştat hökumətinin iclasında deyib.

P.Lemus bildirib ki, dövlət orqanları normal həyatı tədricən bərpa edir və yolları nəqliyyatın hərəkəti üçün açır. İctimai nəqliyyatın fevralın 24-də tam fəaliyyətə başlaması gözlənilir. Mövcud vəziyyətlə əlaqədar bütün ictimai tədbirlər ləğv olunub, əyani dərslər dayandırılıb, federal hökumət də tam dəstək verir.

Xatırladaq ki, fevralın 22-də Milli Müdafiə Nazirliyi Xalisko “Yeni Nəsil” kartelinin lideri Ruben Osequera Servantesin (“El Menço”) təhlükəsizlik qüvvələri ilə silahlı toqquşmada öldüyünü açıqlayıb. Əməliyyatdan sonra ölkədə yollar bağlanıb, avtomobillər və müəssisələr yandırılıb. Prezident Klaudiya Şeynbaum fevralın 23-nə qədər ictimai təhlükəsizliyin tam nəzarət altında olduğunu bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv