Nəsimidə narkotik şəbəkəsinə zərbə: 13 kiloqramdan çox zəhər dövriyyədən çıxarıldı

Nəsimidə narkotik şəbəkəsinə zərbə: 13 kiloqramdan çox zəhər dövriyyədən çıxarıldı






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #DİN, #İran, #Məhkum, #Nəsimi Rayon Polis İdarəsi, #Nəsimi Rayonu, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polis İran vətəndaşı ilə əlbir olub narkokuryerlik edən sabiq məhkumları saxlayıb

       Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib.

Böyük partiya marixuana aşkarlandı Keçirilən ilk əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini, 61 yaşlı Elman İmanov şübhəli şəxs qismində saxlanılıb.

presstvaz  xəbər verir ki, onun üzərinə baxış keçirilən zaman 4 kiloqram 745 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

       Narkotik “kokteyli”: Heroin, tiryək və metamfetamin Şöbə əməkdaşlarının davam etdirdiyi növbəti əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Bağırov yaxalanıb. Ondan satış məqsədilə xüsusi qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram 413 qram olan müxtəlif növ narkotik vasitələr – heroin, tiryək, marixuana və güclü təsiredici psixotrop maddə olan metamfetamin (“patı”) aşkarlanıb.

İranla əlaqəli narkokuryerlik fəaliyyəti İstintaq araşdırmaları nəticəsində müəyyən edilib ki, hər iki şəxs sosial şəbəkələr vasitəsilə şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə giriblər. Onlar xarici narkotacir tərəfindən ölkə ərazisinə gizli yollarla göndərilən narkotikləri qəbul edərək, paytaxtın müxtəlif ünvanlarına yerləşdirməyi (narkokuryerlik) planlaşdırıblar.

       Həbs qətimkan tədbiri seçildi Faktlarla bağlı Nəsimi RPİ-də cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə E.İmanov və T.Bağırov barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda narkotik şəbəkəsinin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv