Rusiya-Ukrayna müharibəsinin dörd ili: Qazanan və itirən kim oldu? – VİDEO

Rusiya-Ukrayna müharibəsinin dörd ili: Qazanan və itirən kim oldu? – VİDEO






presstv

"Presstv"az #Audi, #Avropa, #Müharibə, #Münaqişə, #Rusiya, #Rusiya-Ukrayna müharibəsi, #Ukrayna, #Volodimir Zelenski, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dörd il əvvəl başlayan Rusiya-Ukrayna müharibəsi regional münaqişə olmaqdan çıxaraq Avropanın təhlükəsizlik sistemini sarsıdan və dünyanın geosiyasi xəritəsini yenidən cızan qlobal qarşıdurmaya çevrilib.

presstvaz xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialinda bildirilib.

2022-ci ilin fevralında Moskva “xüsusi hərbi əməliyyat” adlandırdığı hücumu qısa və sürətli kampaniya kimi planlaşdırmışdı. Amma plan baş tutmadı. Müharibə ildırımsürətli hücumdan səngər savaşına, manevr döyüşündən tükəndirmə müharibəsinə çevrildi.

Bu gün cəbhə xətti min kilometrlərlə ölçülür. İrəliləyiş isə bəzən cəmi bir, bəzən isə onlarla metrdir. Müasir dron texnologiyası ilə yanaşı, İkinci Dünya müharibəsini xatırladan səngərlərin sintezini də bu müharibədə görmək mümkündür.

İtkilərə gəlincə isə, həm Rusiya, həm də Ukrayna tərəfi onları gizlətməyə çalışır. Amma Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda verdiyi açıqlamada müharibədə 55 min ukraynalının həlak olduğunu bildirib. Amma analitiklər bu rəqəmin 100-140 min olduğunu iddia edir. 15 mindən çox isə mülki itki var. Rusiya tərəfi itkilərin rəsmi sayını gizlədir. Amma Qərb ekspertləri bu sayın 288-409 min olduğu qənaətindədirlər.

Beləliklə, hər iki tərəf böyük itkilər verir, lakin həlledici üstünlük əldə edə bilmirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv