"Bu mövsüm ən yüksək səviyyəli oyunumuzu "Qarabağ"a qarşı keçirmişik"

"Bu mövsüm ən yüksək səviyyəli oyunumuzu "Qarabağ"a qarşı keçirmişik"






presstv

"Presstv"az #Bakı, #Futbol, #İngiltərə, #Mətbuat konfransı, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Nyukasl" bu mövsüm ən yüksək səviyyəli oyununu "Qarabağ"a qarşı keçirib.

presstvaz report-a istinadən xəbər verir ki, bunu "Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis görüşə yaxşı hazırlaşdıqlarını bildirib:

"Çempionlar Liqası matçına yaxşı hazırlaşmışıq. Cari mövsüm qitənin ən nüfuzlu klub turnirində yaxşı oyunlarımız çox olub. Səfərdə "Qarabağ"a qarşı yaxşı çıxış etdik. Lakin həmin görüşdə mənim üçün tək nəticə vacib deyildi. Oyun baxımından da yaxşı mübarizə apardıq. Həmin matçda çox istəkli idik və qarşılaşmanın əvvəlindən sonuna qədər üstünlük bizim tərəfimizdə oldu. Düşünürəm ki, bu mövsüm ən yüksək səviyyəli oyunumuzu məhz "Qarabağ"a qarşı keçirmişik".

O, cavab qarşılaşmasında da qələbə qazanmaq istədiklərini söyləyib:

"Sabahkı matç üçün uyğun olan start heyətini seçəcəyik. Birinci məqsədimiz oyunu qazanmaqdır. Eyni zamanda, futbolçuların matç ritmini qoruması da vacibdir".

Qeyd edək ki, "Nyukasl" – "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv