Zədədən geri dönən Mahir Emrelidən İLK AÇIQLAMA

Zədədən geri dönən Mahir Emrelidən İLK AÇIQLAMA






presstv

"Presstv"az #Almaniya, #Audi, #Azərbaycan, #Futbol, #Mahir Emreli

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniya təmsilçisi “Kayzerslautern” klubunun şərəfini qoruyan Azərbaycan yığmasının futbolçusu Mahir Emreli zədə səbəbindən yaranan fasilədən sonra yenidən yaşıl meydanlara qayıtması ilə bağlı fikirlərini bölüşüb.

presstvaz “Der-betze-brennt” portalına istinadla məlumat verir ki, 28 yaşlı hücumçu arxada qalan zaman kəsiyinin onun üçün heç də asan olmadığını vurğulayıb:

“Bu, mənim üçün həqiqətən, mürəkkəb bir mərhələ idi. İlk növbədə, son bir neçə ay ərzində bərpa prosesində mənə yardım edən və dəstəyini əsirgəməyən hər kəsə minnətdarlığımı bildirirəm. Hazırda özümü fiziki cəhətdən 85-90 faiz hazır hiss edirəm, motivasiyam isə tamdır – 100 faiz. Cari mövsümdə meydanda daha çox dəqiqə keçirmək və daha çox qol sevinci yaşamaq niyyətindəyəm”.

Xatırladaq ki, Mahir Emreli ötən gün II Bundesliqa çərçivəsində “Pröyssen” (Münster) klubu ilə keçirilən və 3:2 hesablı qələbə ilə yekunlaşan səfər qarşılaşmasının 88-ci dəqiqəsində oyuna daxil olub.

Qeyd edək ki, Emreli 2025-ci il noyabrın 8-də Almaniya II Bundesliqasında “Herta” ilə görüşdə xəsarət almış və həmin vaxtdan etibarən oyunlardan kənarda qalmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv