Keçmiş polisdən kartel liderinə: Dünya gündəmini ölümü ilə zəbt edən “El Menço” kimdir? – FOTO

Keçmiş polisdən kartel liderinə: Dünya gündəmini ölümü ilə zəbt edən “El Menço” kimdir? – FOTO






presstv

"Presstv"az #ABŞ, #Audi, #Bələdiyyə, #Deportasiya, #Dollar, #Meksika, #Planet, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Planetin ən çox axtarılan “Xalisko Yeni Nəsil” narkokartelinin “El Menço” ləqəbli liderinin məhv edilməsi xəbəri dünya gündəmini zəbt edib. Hərbi əməliyyatlarla zərərsizləşdirilən narkobaron, əslində, kimdir? Necə oldu ki, keçmiş bələdiyyə polisi olan El Menço Pablo Eskobar və “El Çapo” Quzman ilə müqayisəolunan bir narkotik baronuna çevrildi?

presstvaz-ın xəbərinə görə, “Hürriyet” nəşri narkobaron haqqında maraqlı faktları dərc edib.

Qeyd olunub ki, əsl adı Nemesio Ruben Osequera Servantes olan “El Menço” 1966-cı ildə Miçoakan ştatının Akvililya şəhərində anadan olub. Fəaliyyətinə narkotikin qanunsuz becərilməsi ilə başlayan Osequeranın kriminal karyerası ABŞ-yə mühacirət etdikdən sonra başlayıb. Ancaq ABŞ-də törətdiyi cinayətlərə görə bir neçə dəfə həbs edildikdən sonra o, yenidən Meksikaya deportasiya edilib.

Keçmiş polisdən kartel liderinə: Dünya gündəmini ölümü ilə zəbt edən El Menço kimdir? - FOTO

Məqalədə bildirilir ki, vətəninə qayıdandan sonra Osequera bələdiyyə polisi vəzifəsində çalışıb. Lakin çox keçmədən mütəşəkkil cinayətkar qruplaşmalara qoşulub. Əvvəlcə “Milenio” karteli daxilində fəaliyyət göstərsə də, 2010-cu ildə “Xalisko Yeni Nəsil” kartelini qurub. Onun rəhbərliyi altında “Xalisko Yeni Nəsil” qrupu sintetik narkotik ticarətində ixtisaslaşaraq ABŞ-də ən böyük fentanil təchizatçısına çevrilib.

“Xalisko Yeni Nəsil” təşkilatı ABŞ tərəfindən “xarici terror təşkilatı” kimi tanınıb. Bundan başqa, ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsinin rəsmiləri “El Menço”nun təhlükə səviyyəsini Pablo Eskobarla müqayisə edərək, onun tutulmasına görə 15 milyon dollar mükafat təklif edib.

Keçmiş polisdən kartel liderinə: Dünya gündəmini ölümü ilə zəbt edən El Menço kimdir? - FOTO

Məlumata görə, kartel lideri Nemesio Osequera təkcə 15 ildə Meksikanın 25-dən çox əyalətində, dünyanın isə 40-dan çox ölkəsində aktiv qrupları olan cinayətkar imperiya qurub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv