KİV: Epşteynin vacib məlumatları gizlətdiyi anbarlar üzə çıxdı

KİV: Epşteynin vacib məlumatları gizlətdiyi anbarlar üzə çıxdı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Dollar, #Hakim, #Hərbi Hava Qüvvələri, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Maliyyəçi Ceffri Epşteyn fotoşəkilləri və kompüterləri hakimiyyət qurumlarından gizlətmək üçün ABŞ ərazisində altı gizli anbar sahəsi icarəyə götürüb.

presstvaz xəbər verir ki, bu barədə “The Telegraph” nəşri araşdırılan sənədlərə istinadən xəbər yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanları sözügedən yerlərdə axtarış aparmayıblar. Bu da maliyyəçinin işi üzrə əvvəllər araşdırılmamış materialların mövcudluğu ehtimalını saxlayır.

Nəşr qeyd edir ki, 2000-ci illərin ortalarında mümkün axtarışlar barədə xəbər tutan Epşteyn özəl detektivləri işə cəlb edib. Həmin şəxslər maliyyəçinin kompüterlərini başqa anbara köçürüblər və bunun üçün Nyu-Yorkda qapalı bir bina icarəyə götürülüb.

Qeyd olunur ki, bu işlərin görülməsi üçün onminlərlə dollar ödənilib.

“The Telegraph” yazıb ki, sonradan Epşteynin işçiləri kompüterlərin və disklərin Virgin adalarında gizli anbarlara daşınmasını müzakirə ediblər.

Güman edilir ki, bu materialların bir hissəsi 2009-cu ildən əvvəlki dövrə aid ola bilər. Həmin vaxt hakimiyyət orqanları maliyyəçinin ilk məktublarını açıqlamışdılar.

Daha əvvəl “Times” nəşri Epşteynin uçuşları barədə məlumatların bir hissəsinin məhv edilməsi barədə məlumat yayıb.

Məlumata görə, qalmaqallı maliyyəçinin uçuşları barədə Böyük Britaniya hərbi hava qüvvələrinin məlumatlarının bir hissəsi informasiyanın saxlanma müddətinin bitməsi səbəbindən məhv edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv