Kim Çen Inı yenidən baş katib seçdilər

Kim Çen Inı yenidən baş katib seçdilər






presstv

"Presstv"az #Audi, #Kim Çen In, #Şimali Koreya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kim Çen In yenidən Koreya İşçi Partiyasının (KİP) baş katibi seçilib.

presstvaz xəbər verir ki, bu barədə Pxenyanda yerləşən Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

IX qurultayda partiya üzvləri Kim Çen Inın baş katib vəzifəsinə yenidən seçilməsini tam dəstəkləyərək təsdiqləyiblər. Bu qərarın son beşillik mübarizənin qiymətləndirilməsi, həmin dövrdə baş vermiş “möhtəşəm” dəyişiklikləri və əldə olunmuş “böyük nəticələr” ilə bağlı olduğu bildirilir. Kim Çen Inın adı Şimali Koreya xalqının seçimi və iradəsinin simvolu kimi təqdim edilir.

Qurultayda qeyd olunub ki, Şimali Koreya lideri ən görkəmli siyasətçidir və o, qeyri-adi ideologiya, müdriklik, nadir rəhbərlik qabiliyyəti ilə partiyanı və xalqı vahid qələbə yoluna aparacaq. Onun ölkəyə, inqilaba və tarixə göstərdiyi xidmətlər böyükdür.

Qurultayın qətnaməsində qeyd olunub ki, Kim Çen In ideyalarını rəhbər tutaraq, partiyanın inqilabi xarakterinə ardıcıl şəkildə sadiq qalmaq üçün KİP-in quruluşunda və fəaliyyətində köklü dəyişiklik edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv