Azərbaycanın növbəti humanitar yardımı Ukrayna rəsmilərinə təhvil verildi

Azərbaycanın növbəti humanitar yardımı Ukrayna rəsmilərinə təhvil verildi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Dollar, #Gəmi, #Humanitar yardım, #Kiyev, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın Ukraynaya humanitar yardım çərçivəsində göndərdiyi enerji avadanlıqlarından ibarət növbəti yük Kiyevin rəsmi şəxsləri tərəfindən təhvil alınıb.

presstvaz “Report”a istinadla xəbər verir ki, avadanlıqların təhvil verilməsində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko, Ukrayna energetika nazirinin müavinləri Nikolay Kolesnik və Valentina Moskalenko, səhiyyə nazirinin müavini İqor Kolaç iştirak ediblər.

Göndərilən avadanlıqların ümumi dəyəri bir milyon dollar təşkil edir. Bura 12 aşağı gərginlikli panel, 11 generator, 5 transformator, 27 min metrə yaxın kabel və naqillər daxildir.

Məlumata görə, ümumilikdə Azərbaycanın Ukraynaya göndərdiyi humanitar, bərpa və yenidənqurma yönümlü yardımın həcmi 45 milyon dolları ötüb.

Ukrayna səhiyyə nazirinin müavini İqor Kolaç Azərbaycana göstərilən köməyə görə təmsil etdiyi dövlət adından səmimi minnətdarlığını bildirib:

“Göndərilən enerji avadanlıqları hazırda zərər görən səhiyyə sistemlərimizin dayanıqlığını təmin etmək üçün çox vacibdir. Bu məhsullar artıq səhiyyə müəssisələri arasında bölüşdürülüb və bu gündən etibarən müəssisələrimizin enerji təminatını gücləndirəcək”.

Nazir müavini vurğulayıb ki, yardım kritik əhəmiyyətli avadanlıqların işini təmin etməyə və fasiləsiz tibbi yardımın göstərilməsinə çox kömək edəcək:

“Bu, Ukrayna hökumətinin xarici tərəfdaşlarla sistemli işinin tərkib hissəsidir. Bu günə kimi səhiyyə sistemində 15 mindən çox generator cəmləşib. Təcili yardım şəbəkəsinin müəssisələrinin 100 faizi generatorlarla təmin edilib”.

İqor Kolaç humanitar yardımla əlaqədar Azərbaycan prezidentinə, hökumətinə, xalqına təşəkkür edib.

Ukrayna energetika nazirinin müavini Nikolay Kolesnik isə deyib ki, artıq döyüş əməliyyatlarının aktiv fazasının dördüncü ilində məhz əsas (enerji və kommunal) xidmətlərin sistemli təchizatından asılı olan infrastruktur obyektlərinə zərbələr intensivləşdirilir:

“Məhz beynəlxalq yardım bizə düşmənin yaratdığı bu çağırışlara tez bərpa olmağa, cavab verməyə və müqavimət göstərməyə kömək edən sistemli alətdir. Biz görürük ki, bu gün Azərbaycan humanitar missiya olaraq enerji avadanlıqlarında da Ukraynaya dəstəyi əsirgəmir. Bu, birbaşa səhiyyə sistemi obyektlərini təchiz edən yardımdır. Bunlar kritik, vacib obyektlərdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv