SOCAR-ın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib

SOCAR-ın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib






presstv

"Presstv"az #(SOCAR), #Audi, #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 300-ə yaxın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib.

presstvaz xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, “Performans (Xidməti fəaliyyətin idarə edilməsi) mədəniyyətinin təşviqi” Proqramı çərçivəsində keçirilən Forum şirkət daxilində performansın idarə edilməsi prosesində iştirak edən bütün maraqlı tərəflər arasında konstruktiv dialoqu və nəticəyönümlü qərarvermə mədəniyyətini təşviq etmək, mövcud çağırışların sistemli şəkildə müzakirəsini təmin etmək və növbəti mərhələlər üzrə prioritetləri müəyyənləşdirmək məqsədi daşıyıb.

Tədbir çərçivəsində “SOCAR Qrup”a daxil müəssisələrin rəhbərləri və insan resursları sahəsi üzrə məsul şəxslər üçün “Nəticəni idarə edən liderlik: strategiya, mədəniyyət və davranış”, “İnsan kapitalının biznes nəticələrinə təsiri: performans sistemlərindən strateji dəyər yaratmaq” mövzularında panel sessiyaları təşkil olunub. Sessiyalarda strateji hədəflərin təşkilatın bütün səviyyələrində düzgün şaxələndirilməsinin əhəmiyyəti, rəhbərlərin davamlı əks-rəy vermə bacarıqlarının gücləndirilməsinin vacibliyi və performans qiymətləndirilməsində obyektivlik prinsipinin qorunmasının etimad mühitinin formalaşmasında əsas amil olduğu qeyd edilib. Həmçinin sessiyalarda əməkdaşların fəaliyyətinin obyektiv və şəffaf qiymətləndirilməsinin onların həvəsləndirilməsinə, hesabatlılığa müsbət təsiri, data-əsaslı qərarvermə yanaşmasının gücləndirilməsi və resursların daha səmərəli bölgüsünün təmin olunması kimi məsələlər müzakirə edilib.

Forumda yüksək performans mədəniyyətinin təşviqinə töhfə verən performans məsləhətçilərinin təltifetmə mərasimi keçirilib, onlara təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, SOCAR-da 2024-cü ildən etibarən sistemli şəkildə tətbiq olunan Performans idarəetmə (xidməti fəaliyyətin idarə edilməsi) sistemi struktura daxil olan müəssisələr üzrə ümumilikdə 42 mindən çox heyəti əhatə edir və 14 mindən çox mütəxəssis-texniki heyət performansı fərdi hədəf kartları əsasında idarə edilir. Performans idarəetmə sistemi fəaliyyətin strateji hədəflərə uyğun planlaşdırılması, hədəflərin təyin edilməsi, il ərzində davamlı monitorinq və əks-rəy mexanizmlərinin tətbiqi, ilin sonunda fəaliyyətin qiymətləndirilməsi və nəticəyə əsaslanan maddi mükafatlandırma proseslərini əhatə edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv