Vasif Talıbovun imzaladığı 10-dan çox fərman LƏĞV EDİLDİ

Vasif Talıbovun imzaladığı 10-dan çox fərman LƏĞV EDİLDİ






presstv

"Presstv"az #Audi, #Avto, #İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, #Naxçıvan Muxtar Respublikası, #Nazirlər Kabineti, #Nəqliyyat, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasında (MR) 2015-2020-ci illərdə imzalanmış bəzi fərmanlar qüvvədən salınıb.

presstvaz-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.

Sənədə əsasən aşağıdakı fərmanlar ləğv olunub:

– “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi barədə” Ali Məclisi sədrinin 2015-ci il 6 fevral tarixli 145-IV FR nömrəli Fərmanı;

– “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması, Əsasnaməsi və strukturunun təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il 7 aprel tarixli 23-V FR nömrəli Fərmanının 2-ci və 3-cü hissələri;

– “Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-cı il 7 iyun tarixli 68-V FR nömrəli Fərmanının 4-cü hissəsi;

– “Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 14 fevral tarixli 99-V FR nömrəli Fərmanının 2-ci – 3-1-ci hissələri;

– “Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2015-ci il 27 may tarixli 152-V FR nömrəli Fərmanı;

– “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il 15 aprel tarixli 24-V FR nömrəli Fərmanı;

– “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 7 yanvar tarixli 7 – V QN nömrəli Qanununun tətbiqi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 7 yanvar tarixli 49-V FR nömrəli Fərmanı;

– “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 7 iyul tarixli 69-V FR nömrəli Fərmanı;

– “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 25 iyul tarixli 13-V QN nömrəli Qanununun tətbiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 25 iyul tarixli 73-V FR nömrəli Fərmanı;

– “Dövlət təltiflərinin hazırlanması ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 20 fevral tarixli 103-V FR nömrəli Fərmanı;

– “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 31 iyul tarixli 132-V FR nömrəli Fərmanı;

– “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 19 sentyabr tarixli 180-V FR nömrəli Fərmanı;

– “Naxçıvan Muxtar Respublikasında valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 3 aprel tarixli 5-VI FR nömrəli Fərmanı;

– “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 14 dekabr tarixli 46-VI FR nömrəli Fərmanı

Qeyd edək ki, Vasif Talıbov 1995-2022-ci illər aralığında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv