Səudiyyə qəzeti: Azərbaycana vizasız səfər işgüzar və turizm əlaqələrini daha da genişləndirəcək

Səudiyyə qəzeti: Azərbaycana vizasız səfər işgüzar və turizm əlaqələrini daha da genişləndirəcək






presstv

"Presstv"az #Azərbaycan, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “Okaz” qəzetində Azərbaycana səfər edən Səudiyyə Ərəbistanı vətəndaşları üçün tətbiq olunan birtərəfli və müddətli vizasız rejimlə bağlı məqalə dərc edilib.

presstvaz xəbər verir ki, yazıda Azərbaycanın atdığı bu addım iki ölkə arasında artan turizm axınının, intensivləşən iqtisadi əlaqələrin və genişlənən investisiya əməkdaşlığının məntiqi davamı kimi qiymətləndirilir.

Bildirilir ki, bir neçə dövlətlə yanaşı, Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Azərbaycan Respublikasının ərazisinə bir il ərzində üç dəfə vizasız daxil ola biləcəklər. Bu il fevralın 15-dən tətbiq olunmağa başlanan yeni qayda 2027-ci il fevralın 15-dək qüvvədə qalacaq. Hər gəliş zamanı ölkədə qalma müddəti 30 günə qədərdir. Adı çəkilən dövlətlərin vətəndaşları il ərzində dördüncü gəlişlərində etibarlı viza təqdim etməlidirlər.

Bununla yanaşı, krallıqda yaşayan və azı 6 ay müddətinə etibarlı yaşayış icazəsinə malik əcnəbi rezidentlər də Azərbaycan beynəlxalq hava limanlarında gəliş zamanı birgirişli turizm vizası əldə edə biləcəklər. Bu viza onlara ölkədə 30 gün qalmaq hüququ verəcək.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv