İki rayonda canavarlar kəndlərə hücum edib

İki rayonda canavarlar kəndlərə hücum edib






presstv

"Presstv"az #Audi, #Lənkəran, #Masallı, #Masallı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Lənkəran və Masallı rayonlarında canavarların kəndlərə hücumu sakinləri təşvişə salıb.

presstvaz xəbər verir ki, son günlər vəhşi heyvanlar əsasən Lənkəran rayonunun Zövlə, Masallı rayonunun Mollon və Mahmudavar kəndlərində təsərrüfatlara hücum edib.

Kənd sakinlərinin sözlərinə görə, vəziyyət ciddi narahatlıq doğurur. Valideynlər övladlarını məktəbə göndərməkdən ehtiyat edir. Əhali öz təhlükəsizliyini təmin etmək üçün məcbur qalaraq balta, yaba və dəryaz kimi alətlərdən istifadə etməklə canavarları yaşayış məntəqələrindən uzaqlaşdırmağa çalışırlar.

Yırtıcıların hücumları nəticəsində vətəndaşlara ciddi maddi ziyan dəydiyi bildirilir.

Sakinlər aidiyyəti qurumlara müraciət edərək canavarların kəndlərdən uzaqlaşdırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmasını xahiş edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv