Dünyanın ən borclu ölkəsində niyə hər kəsin kefi kökdür?

Dünyanın ən borclu ölkəsində niyə hər kəsin kefi kökdür?






presstv

"Presstv"az #Yaponiya, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyanın dövlət borcu ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 260%-dən çoxunu təşkil edir. Bu, Yaponiyanı rəqəmsal olaraq dünyanın ən borclu ölkəsi etsə də, ölkədə iqtisadi böhran yaşanmır. Bəs bunun sirri nədədir?

presstvaz xəbər verir ki, bir çox ölkənin (məsələn, Yunanıstanın) borcu xarici banklara və beynəlxalq qurumlara olduğu halda, Yaponiya dövlətinin borcunun təxminən 90%-i öz vətəndaşlarına və yerli banklarınadır. Yəni Yaponiya “öz-özünə” borcludur.

Yaponiya Mərkəzi Bankı illərdir faiz dərəcələrini sıfıra yaxın, hətta bəzən mənfi səviyyədə saxlayır. Bu, dövlətin nəhəng borcu üçün ödəyəcəyi faiz yükünü çox aşağı salır.

Yaponiya öz borcunu öz milli valyutası olan Yen ilə ödəyir. Ehtiyac yarandıqda dövlət daha çox Yen çap edə bilər, bu da ölkənin defolt (müflis) olma riskini sıfıra endirir.

Yaponiya eyni zamanda dünyanın ən böyük xarici aktiv sahiblərindən biridir. Yəni digər ölkələrdən alacağı və xaricdəki investisiyaları onun borc yükünü balanslaşdırır.

Yaponiyada yüksək texnologiya, nizamlı sosial sistem və güclü ixracat iqtisadiyyatın təməlini təşkil edir. Vətəndaşlar dövlətə güvəndiyi üçün istiqrazlar vasitəsilə dövləti maliyyələşdirməyə davam edirlər. Bu “qapalı dövriyyə” sistemi ölkəni xarici spekulyasiyalardan qoruyur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv