Darçın və sarıkökün təhlükəsi barədə xəbərdarlıq

Darçın və sarıkökün təhlükəsi barədə xəbərdarlıq






presstv

"Presstv"az #Dəri problemləri, #Həkim, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Darçın və zərdəçal sağlamlıq üçün son dərəcə faydalı hesab olunur. Darçının faydası qan şəkərinin səviyyəsinin aşağı olması ilə əlaqələndirilir və zərdəçalın əsas komponenti olan kurkumin iltihabla mübarizə aparan güclü bir antioksidant kimi tanınır.

presstvaz xəbər verir ki, diyetoloq Olesya Lukaşenkova ədviyyatların, xüsusən də düzgün istifadə edilmədikdə təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.

Darçının potensial təhlükələrindən danışan həkim qeyd edib ki, mağazalarda adətən müəyyən bir ağacın qabığından hazırlanmış ucuz bir məhsul satılır. Bu darçın növü "kassia" kimi tanınır.

Lukaşenkova vurğulayıb ki, kassiya qabığı ədviyyatı yüksək dozada qəbul etmək təhlükəlidir:

"Ədviyyatın tərkibində darçına xarakterik acı-şirin ətri verən kumarin var. Uzun müddət ərzində yüksək dozada kumarin qəbul edildikdə qaraciyərə zəhərli təsir göstərə bilər. Gündə bir çay qaşığından çox kassiya qabığı ədviyyatı qəbul etməkdən çəkinin".

Həmçinin, mütəxəssisin sözlərinə görə, bəzi hallarda orqanizm həssaslıq səbəbindən kumara kəskin reaksiya verə bilər və bu da baş ağrılarına, dəri problemlərinə və qarın ağrısı, ürəkbulanma və ürək yanması da daxil olmaqla, mədə-bağırsaq problemlərinə səbəb ola bilər.

Zərdəçal uşaqlıq yığılmalarını stimullaşdırmaq qabiliyyətinə görə hamilə qadınlar üçün təhlükəlidir.

Həkim aspirin tərkibli məşhur baş ağrısı dərmanının təhlükələri barədə xəbərdarlıq edib:

"Zərdəçal kəskin və xroniki hepatit, mədə və onikibarmaq bağırsağın xorası olan insanlar üçün tövsiyə edilmir".

Həkim həmçinin muskat və zirə istifadə edərkən ehtiyatlı olmağı məsləhət görüb. /Medicina.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv