Selcan Mahsudova: “Ölkəmizdə medal qazandığım üçün çox sevincliyəm”

Selcan Mahsudova: “Ölkəmizdə medal qazandığım üçün çox sevincliyəm”






presstv

"Presstv"az #Ailə, #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Niderland

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ölkəmizdə medal qazandığım üçün çox sevincliyəm”.

presstvaz xəbər verir ki, bu sözləri batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda fərdi proqram üzrə gümüş medal qazandıqdan sonra deyib.

O bu nəticə ilə şəxsi rekordunu yenilədiyini bildirib:

“Bu nəticə gələcək yarışlara stimulumu daha da artırır. Növbəti il Niderlandda keçiriləcək Dünya Kubokunda nəticəmi daha da yaxşılaşdırmağa çalışacağam”.

O, qardaşı, batut gimnastika üzrə Azərbaycan millisinin üzvü Maqsud Mahsudov barədə də fikirlərini bölüşüb:

“Qardaşımın da medal qazanacağını gözləyirdim. Məşqlərdə daha yaxşı nəticələr göstərsə də, təəssüf ki, yarışda alınmadı. Amma bu son deyil onun hələ 19 yaşı var. Bu gün daha iki proqram üzrə çıxış edəcək”.

O, qardaşı ilə birgə batut gimnastikası üzrə sinxron proqramda birgə çıxışları barədə də danışıb:

“Ölkəmizi bacı-qardaş olaraq təmsil etməyimizdən qürur duyuram. Ailəmiz də bizimlə fəxr edir”.

“Avropa çempionatı üzrə mənim maraqlı nəticələrim var. Birinci dəfə altı, ikinci dəfə beş, üçüncü dəfə dördüncü yeri tutmuşam. Bu dəfə də yəqin üçüncü yerdə olaram. Bu ilin aprel ayında keçiriləcək Avropa Çempionatında 100 faiz medal qazanacağımıza inanırıq”, – deyə Selcan Mahsudova bildirib.

Qeyd edək ki, batut gimnastikası üzrə fərqi proqramda çıxışı edən Maqsud Mahsudov ümumi nəticəyə əsasən beşinci yer tutub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv