Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? – VİDEO

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? – VİDEO






presstv

"Presstv"az #Audi, #Bakı, #Təmir işləri, #Xətai rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda üzərində fərdi yaşayış evləri tikilmiş su xətti ləğv edilir, kənardan yenisi çəkilir.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl paytaxtın Xətai rayonu, UPD qəsəbəsi, Rəşid Bağırov küçəsi 36 ünvanında kollektorda baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.

İş icraçılarının bildirdiyinə görə, artıq tullantı və içməli su xətləri bir-birindən ayrılıb.

Sakinlərin sözlərinə görə, fevralın 20-də içməli suyun verilməsi planlaşdırılsa da, aparılan təmir işlərinə görə, suyun tam verilməsi hələ də təmin edilməyib.

Qəsəbə sakinlərinin bəziləri mövcud vəziyyətdən narazı olduqlarını bildiriblər. Onlar deyirlər ki, qəsəbənin bir hissəsinə maşınlar vasitəsilə su paylansa da, digər yerlərdə yaşayan sakinlərə heç bir köməklik göstərilməyib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36 ünvanında üzərində fərdi yaşayış evləri tikilmiş, diametri 500 mm olan magistral su xəttini kənar ərazidən çəkərək yenisi ilə əvəzlənməsi işləri tamamlanıb, hazırda daxili şəbəkələrə qoşulma prosesi icra olunur. Abonentlərin xeyli hissəsinin su təminatı bərpa olunub, qısa zamanda işlərin tam yekunlaşması planlaşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv