Həkim xəbərdarlıq edir: Aşağı qan təzyiqi də ciddi təhlükə yaradır

Həkim xəbərdarlıq edir: Aşağı qan təzyiqi də ciddi təhlükə yaradır






presstv

"Presstv"az #anemiya, #Həkim, #Rusiya, #Sağlamlıq, #Xroniki yorğunluq, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aşağı qan təzyiqi yəni hipotoniya çox vaxt təhlükəsiz hesab edilsə də, əslində yüksək qan təzyiqi qədər ciddi risklər yarada bilər.

presstvaz-ın məlumatına görə, rusiyalı həkim Şota Kalandiya bu mövzu ilə bağlı Lenta.ru-ya verdiyi müsahibədə xəbərdarlıq edib. Onun sözlərinə görə, qan təzyiqi aşağı olduqda qan orqan və toxumalara oksigeni kifayət qədər sürətlə çatdıra bilmir. Nəticədə insanda halsızlıq, başgicəllənmə, tez yorulma, eləcə də "başda dumanlanma" hissi yaranır. Xüsusilə bədənin mövqeyi qəfil dəyişəndə bəzi şəxslərdə qulaqlarda səs, güclü tərləmə və hətta qısa müddətli huş itirmə halları baş verə bilər.

Həkim vurğulayıb ki, hipotoniya çox zaman başqa sağlamlıq problemlərinin fonunda ortaya çıxır. Bunlara anemiya, qalxanabənzər vəz xəstəlikləri, ürək ritminin pozulması, xroniki ürək və ya böyrəküstü vəz çatışmazlığı daxildir. Eyni zamanda vegetativ sinir sistemi pozuntuları, xroniki yorğunluq sindromu, B qrup vitaminlərinin kəskin çatışmazlığı, susuzlaşma, zəhərlənmə və gizli qan itkiləri də təzyiqin enməsinə səbəb ola bilər.

Şota Kalandiya qeyd edib ki, aşağı qan təzyiqi insanın gündəlik həyatına ciddi təsir göstərir. Daimi enerjisizlik, yuxululuq və iş qabiliyyətinin azalması idrak funksiyalarının zəifləməsinə yol açır. Bu zaman diqqəti toplamaq, məlumatı yadda saxlamaq çətinləşir və fiziki yüklənmələrə davamlılıq azalır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv