Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd EDİLƏCƏK

Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd EDİLƏCƏK






presstv

"Presstv"az #Azərbaycan, #Günəş, #Novruz bayramı, #Su çərşənbəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda yaz fəslinin gəlişindən xəbər verən çərşənbələr yaxınlaşır.

presstvaz xəbər verir ki, bu il ilk çərşənbə – Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək.

Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır.

Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara əsasən, bu çərşənbə suya tapınma ilə xarakterizə olunur. İnanca görə "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Su üstündən atlanmaq, arzularını, diləklərini suya söyləmək, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu çərşənbənin ayinlərindəndir. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.

Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir.

Yeri gəlmişkən, martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə İlaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunacaq.

Azərbaycanda bu il yaz fəsli martın 20-si saat 18:45:53-dən başlayacaq.

Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv