“Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında qalıb” – ŞİKAYƏT

“Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında qalıb” – ŞİKAYƏT






presstv

"Presstv"az #Audi, #Bakı, #Dollar, #Gəmi, #Nəqliyyat, #Qeyri-sabit hava şəraiti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vətəndaşların bir qisminin yüklə dolu maşınları fevralın 13-dən etibarən Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb.

presstvaz  Oxu.az-a istinadən xəbər verir ki, vətəndaşın iddialarına görə, yeni yaranan VIP xidmətə görə gəmiyə minə bilmirlər.

Onların sözlərinə görə, gəmiyə minik üçün 1 200 dollar ödəyənlər VIP xidmətdən yararlanırlar:

“Belə olan halda xidmətdən yararlanmaq istəməyənlərin gəmiyə minməsi ləngiyir. Fevralın 13-dən burada gözləyirik. Məhsulun çatdırılma vaxtıdır, lakin biz hələ yola düşə bilməmişik”.

Məsələ ilə bağlı  “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” MMC-dən verilən məlumata görə, limana daxil olan hər bir nəqliyyat vasitəsinə giriş zamanı nömrə təqdim olunur və gəmiyə yüklənmə prosesi şəffaf şəkildə növbəlilik prinsipi əsasında həyata keçirilir:

“Bəzi hallarda küləkli və qeyri-sabit hava şəraiti səbəbindən gəmilərin limana yan alması mümkün olmur ki, bu da gözləmə müddətinin artmasına səbəb ola bilər. Bu hallar təhlükəsizlik tələbləri ilə bağlıdır.

Qanunvericiliyə uyğun olaraq tez xarab olan və dövlət əhəmiyyətli yükləri daşıyan nəqliyyat vasitələrinin sürətli və ödənişsiz keçidi təmin edilir. Eyni zamanda, təcili layihə yükləri üzrə müəyyən edilmiş əlavə ödəniş mexanizmi əsasında prioritet keçid mümkündür. Həm ödənişli, həm də ödənişsiz əsaslarla tətbiq edilən sürətli keçidlərin ümumi həcmi hər bir gəmi üzrə yüklənən nəqliyyat vasitələrinin 20%-dən çox ola bilməz və hava şəraiti də nəzərə alınmaqla 72 saat ərzində icra edilir.

Qeyd edilən halla bağlı şikayətçi daşıyıcı ilə əlaqə saxlanılıb, mövcud prosedurlar və tətbiq olunan qaydalar barədə ətraflı məlumat bir daha təqdim edilib”, – deyə açıqlamada bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv