Zidanın yeni iş yeri BİLİNDİ – İlkin razılıq əldə olunub

Zidanın yeni iş yeri BİLİNDİ – İlkin razılıq əldə olunub






presstv

"Presstv"az #"Real Madrid", #Audi, #Fransa, #Futbol, #Vəzifə, #Zinəddin Zidan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid”in keçmiş baş məşqçisi Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra Fransa millisinə rəhbərlik edəcəyi ilə bağlı şifahi razılığa gəlib.

presstvaz-ın xəbərinə görə, bu barədə insayder Fabritsio Romano öz podkastında məlumat verib.

“Zinəddin Zidan ətrafında “Real Madrid”lə bağlı həmişə çoxlu şayiələr gəzir və təkcə bu deyil. Zidanla bağlı vəziyyətə gəlincə, mənə deyirlər ki, bütün bu şayiələrə baxmayaraq, hər şey tamamilə aydındır.

Onunla Fransa Futbol Federasiyası arasında artıq şifahi razılaşma var ki, Zidan dünya çempionatından sonra millinin baş məşqçisi olacaq.

Hazırda bütün diqqət Deşamla Dünya Kubokuna yönəlib. Federasiyaya oyunçulara və Deşamın özünə böyük hörmətlə yanaşır. Qarşıda turnir var, amma dünya çempionatından sonra bu təyinat gerçəkləşəcək.

Lakin, futbolda imza atmadığın müddətcə hər şey ola bilər”, – deyə F.Romano bildirib.

Qeyd edək ki, 53 yaşlı Z.Zidan 2021-ci ilin iyun ayında “Real Madrid” klubunun baş məşqçisi vəzifəsini tərk edib və o vaxtdan işsizdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv