Baykal gölündə batanların şəxsiyyəti müəyyənləşdirildi: Sağ qalan dindirildi – VİDEO

Baykal gölündə batanların şəxsiyyəti müəyyənləşdirildi: Sağ qalan dindirildi – VİDEO






presstv

"Presstv"az #Audi, #Avto, #Çin, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İstintaq Baykal gölündəki Olxon adası yaxınlığında batan avtomobildə həlak olan səkkiz nəfərin hamısının şəxsiyyətini müəyyən edib, sağ qalan turist dindirilib.

presstvaz-ın xəbərinə görə, bu barədə TASS-a Rusiya Federasiyasının İrkutsk vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“Bütün ölənlərin şəxsiyyəti müəyyən edilib. İstintaq Komitəsinin müstəntiqləri xilas olmağı bacaran kişini dindiriblər. Onun vəziyyəti qənaətbəxşdir və xəsarət almayıb”, – deyə İstintaq Komitəsi bildirib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, çinli turistləri aparan və Baykal gölündə buzun altına düşən avtomobil sürücünün dostuna məxsus olub.

Xatırladaq ki, Çindən olan turistləri aparan UAZ markalı avtomobil ötən gün Saqan-Xuşun burnu yaxınlığında, Baykal gölündə buzun altına düşüb. Şahidlərin sözlərinə görə, avtomobil buzun üzərində hərəkət edərkən sürücü çatı görüb və onun üzərindən tullanmaq qərarına gəlib. Rusiya Turoperatorlar Assosiasiyasının (ATOR) məlumatına görə, turistlər səfərlə bağlı yerli sakinlə razılığa gəliblər və ekskursiyanı turoperatorlar vasitəsilə sifariş etməyiblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv