Sumqayıt sakinlərinə ŞAD XƏBƏR: Yeni avtobus reysi açılır – QİYMƏTLƏR

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR: Yeni avtobus reysi açılır – QİYMƏTLƏR






presstv

"Presstv"az #Audi, #Avto, #avtobus, #Azərbaycan, #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), #Bakı, #Nəqliyyat, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, ilk reys 23 fevral tarixində yola düşəcək.

Qeyd edilib ki, reyslər hər gün baş tutacaq. Aralıq məntəqələr isə Xocalı, Xankəndi və Şuşa şəhərləri olacaq.

Avtobuslar hər gün Sumqayıt avtovağzalından Laçına 07:00-da, Laçından Sumqayıt avtovağzalına isə 17:00-da yola düşəcək.

Reys üzrə gedişhaqqı aşağıdakı kimidir:

• Sumqayıt-Laçın: 16,60AZN

• Sumqayıt-Xocalı: 14,30 AZN

• ⁠Sumqayıt-Xankəndi: 14,80 AZN

• ⁠Sumqayıt-Şuşa: 15,20 AZN

Qeyd edilib ki, biletləri yalnız onlayn “biletim.az” portalı və mobil tətbiqi üzərindən əldə etmək olar.

Azərbaycan vətəndaşları üçün işğaldan azad edilmiş ərazilərə buraxılış icazəsi sistem tərəfindən avtomatik təqdim olunur.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı-Laçın avtobus reyslərinin də fəaliyyətə başlayacağı bildirilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv