Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu

Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu






presstv

"Presstv"az #Audi, #Bələdiyyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yevlax Rayon Məhkəməsi vergi orqanının müraciəti əsasında Xaldan bələdiyyəsinin sədri Röyal Cəfərovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edib.

presstvaz “Teleqraf”a istinadla xəbər verir ki, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edib.

Ərizədə hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 30 985 manat, İşsizlikdən Sığorta Fonduna 1 321 manat, İcbari Tibbi Sığorta Fonduna isə 4 729 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə həmin şəxsin icra orqanının rəhbəri barəsində məhdudiyyət tətbiq olunması xahiş edilib.

Yevlax Rayon Məhkəməsi Yevlax rayonu, Xaldan bələdiyyəsinin sədri Röyal Kazım oğlu Cəfərovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv