33 il sonra evlərinə qayıdan məcburi köçkünlərə "SÜRPRİZ" – 10 min MANAT

33 il sonra evlərinə qayıdan məcburi köçkünlərə "SÜRPRİZ" – 10 min MANAT






presstv

"Presstv"az #Ailə, #Məcburi köçkün

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Öz mənzillərinə 33 il sonra qayıda bilən Həqiqət və İsa Musayevlər elektrik sərfiyyatına görə 10 min 47 manat borclarının olduğunu öyrəniblər.

presstvaz ARB TV-yə istinadən xəbər verir ki, buna səbəb 33 il həmin mənzildə məcburi köçkün ailəsinin məskunlaşması olub.

Həqiqət Musayeva deyib ki, illər sonra evinə qovuşsa da, bunun sevincini yaşaya bilməyib.

Onun sözlərinə görə, hazırda borc səbəbindən mənzildə elektrik enerjisi yoxdur: “Mən bunu niyə ödəməliyəm?! Başa düşmürəm. Özüm yaşayıb o işığı yandırsam, ödəməyə hazıram”.

İsa Musayev isə bildirib ki, keçmiş məcburi köçkün 10 min borcla yanaşı, evi də yararsız vəziyyətə qoyub: “Evə baxın, balkonda bir “kamaz” zibil qoyub gedib. İndiyədək onlar yaşadığı üçün işıq da onların adına idi”.

Məlum olub ki, evin müvəqqəti sakini Balakişi Allahverdiyev ona ayrılan limitdən artıq istifadə edib. Məhkəmə yolu ilə evdən çıxarılan həmin ailə mənzilin qapılarını da sındırıb.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən mövcud vəziyyətdən xəbərdar olduqlarını bildiriblər: “Onlara dəfələrlə xəbərdarlıq edilib, akt tərtib edilib. Elektrik enerjisinin verilişi də dayandırılıb. Lakin Balakişi Allahverdiyev ona ayrılan limitdən artıq istifadə etdiyi üçün 10 min 47 manat borcu yaranıb. Balakişi Allahverdİyev barəsində məhkəməyə müraciət edilib”.

Daha ətraflı videomaterialda:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv