Alimlərdən xəbərdarlıq: Bu vitaminin azlığı virus riskini artırır

Alimlərdən xəbərdarlıq: Bu vitaminin azlığı virus riskini artırır






presstv

"Presstv"az #Araşdırma, #COVID-19, #Qrip

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ruminiyada aparılan yeni elmi araşdırma göstərir ki, D vitamini səviyyəsinin aşağı olması qrip və COVID-19 infeksiyalarının daha ağır keçməsi ilə əlaqəli ola bilər.

presstvaz xəbər verir ki, tədqiqatın nəticələri beynəlxalq elmi jurnal olan Nutrients nəşrində dərc edilib. Alimlər müxtəlif klinik sınaqların və meta-analizlərin nəticələrini araşdıraraq D vitamininin virus infeksiyalarının gedişatına təsirini qiymətləndiriblər.

Məlumatların təhlili göstərib ki, D vitamini çatışmazlığı olan şəxslərdə COVID-19 daha ağır simptomlarla müşayiət oluna bilər. Xüsusilə başlanğıcda bu vitaminin səviyyəsi aşağı olan xəstələrdə təsir daha qabarıq müşahidə edilib. Əksinə, D vitamini normal həddə olan insanlarda əlavə qəbulun ciddi üstünlüyü qeydə alınmayıb.

Bununla yanaşı, D vitamini çatışmazlığı ilə COVID-19-un uzunmüddətli davam etməsi arasında ehtimal olunan əlaqə də diqqət mərkəzindədir. Lakin alimlər bildirirlər ki, bu sahədə hələlik dəqiq səbəb-nəticə əlaqəsi sübut olunmayıb və əlavə araşdırmalara ehtiyac var.

Mütəxəssislər xatırladırlar ki, D vitamini əsasən yağlı balıqlarda qızılbalıq, skumbriya, tuna eləcə də yumurtada bol miqdarda olur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv