126 min manat ödədilər, nə ev var, nə də pul – VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul – VİDEO






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Ədliyyə Nazirliyi, #Sumqayıt Şəhər Məhkəməsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ev almaq üçün 126 min manatdan çox vəsait ödənildi, amma nə ev var, nə də pul.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Rahim Bayramov aldadılıb. Onun vəkili Gülər Mirzəyeva deyir ki, ödəniş etməsinə baxmayaraq, nə mənzil, nə də vəsaitini geri ala bilirlər.

Tələbkarın sözlərinə görə, mənzil üçün ümumilikdə 126 500 manat vəsait bank vasitəsilə ödənilib. Lakin sonradan nə mənzil təqdim edilib, nə də ödənilən məbləğ geri qaytarılıb.

Məsələ ilə bağlı işə baxan Sumqayıt Şəhər Məhkəməsi iddiaçı Rahim Orucəli oğlu Bayramovun xeyrinə qərar çıxarıb. Qətnaməyə əsasən, borclu tərəf – Sumqayıt şəhər sakini Nazim Səftər oğlu Məlikov icra vərəqəsi üzrə 126 500 manat vəsaiti ödəməlidir. Lakin aradan 4 il keçməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmayıb.

Şikayət olunan Nazim Məlikovla telefon əlaqəsi saxlanılıb.

Mövzu ilə bağlı Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsindən bildirilib ki, Nazim Məlikov barəsində araşdırma aparılıb. Qurumdan qeyd olunub ki, işin uzun müddət icra edilməməsi ilə bağlı həmin şəxs barəsində ciddi tədbirlər görülüb və bu tədbirlər davam etdirilir. Onun əmlakına həbs qoyulduğu, yaxın vaxtlarda isə daha sərt hüquqi addımların atılacağı vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv