Tramp ABŞ-yə idxal olunan bütün mallara 10% rüsum tətbiq etmək niyyətindədir

Tramp ABŞ-yə idxal olunan bütün mallara 10% rüsum tətbiq etmək niyyətindədir






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Ali Məhkəmə, #Audi, #Donald Tramp, #Mətbuat konfransı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Donald Tramp ABŞ-yə idxal olunan bütün mallara 10 faizlik rüsum tətbiq etməyi planlaşdırdığını bildirib.

presstvaz RBC-yə istinadən xəbər verir ki, bu açıqlamanı o, Ağ Evdə keçirilən mətbuat konfransında səsləndirib.

Bəyanat ABŞ Ali Məhkəməsinin Trampın tətbiq etdiyi tarifləri qanunsuz sayması fonunda verilib.

“Bu andan etibarən milli təhlükəsizliklə bağlı bütün rüsumlar qüvvədə qalır və tam şəkildə icra olunur. Bu gün mən artıq tətbiq olunan adi rüsumlara əlavə olaraq 10 faizlik qlobal rüsum müəyyən edən fərman imzalayacağam”, – deyə Tramp bildirib.

Xatırladaq ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi Trampın fövqəladə hallar haqqında federal qanuna əsaslanaraq tətbiq etdiyi tarifləri qanunsuz elan edib. Məhkəmə prezidentin həmin qanundan istifadə etməklə rüsumlar tətbiq edərkən səlahiyyət həddini aşdığı qənaətinə gəlib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv