İran ABŞ-yə neft və qaz təklif etdi – Sanksiyalar ləğv olunacaq?

İran ABŞ-yə neft və qaz təklif etdi – Sanksiyalar ləğv olunacaq?






presstv

"Presstv"az #ABŞ, #Audi, #Ballistik raket, #İran, #Tehran, #təyyarə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran ABŞ ilə nüvə sazişi üzrə aparılan danışıqlar çərçivəsində Vaşinqtona İslam Respublikasındakı neft və qaz yataqlarına çıxış təklif edib. Tehran həmçinin Birləşmiş Ştatlardan təyyarələr almağa hazır olduğunu bildirib. Bununla İran ABŞ sanksiyalarının ləğvinə nail olmağa çalışır.

presstvaz xəbər verir ki, “CBS News” bu barədə mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, amerikalı diplomatlar ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa tövsiyə ediblər ki, İranın nüvə proqramı üzrə mümkün razılaşmaya digər məsələlər, o cümlədən İslam Respublikasına ballistik raketlərin tədarükü mövzusu daxil edilməsin.

“CBS News”un həmsöhbətlərinin iddiasına əsasən, Uitkoff həmin məsələnin region ölkələrinin iştirakı ilə ayrıca formatda müzakirə olunmasına razılıq verib.

Xatırladaq ki, fevralın 17-də Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqların ikinci raundu başa çatıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv