Dorin Junqietu: “Moldova Azərbaycanı LNG tədarükü üzrə potensial tərəfdaş kimi nəzərdən keçirir”

Dorin Junqietu: “Moldova Azərbaycanı LNG tədarükü üzrə potensial tərəfdaş kimi nəzərdən keçirir”






presstv

"Presstv"az #(SOCAR), #Audi, #Avropa, #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), #Moldova, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü və Avropanın digər qaz mənbələri ilə yanaşı, Moldovanın daha geniş şaxələndirmə siyasəti çərçivəsində potensial tərəfdaş kimi nəzərdən keçirilir.

presstvaz xəbər verir ki, bunu “Report”a müsahibəsində Moldovanın energetika naziri Dorin Junqietu bildirib.

Onun sözlərinə görə, uzunmüddətli əməkdaşlıq perspektivləri, ilk növbədə, resursun kommersiya rəqabət qabiliyyəti, optimallaşdırılmış nəql tarifləri və mövcud marşrutlardan səmərəli istifadə əsasında müəyyən ediləcək.

“Nazirlik enerji təhlükəsizliyi strategiyasını və normativ çərçivələrini formalaşdırır, satınalmalar haqqında qiymət və kommersiya qərarları isə lisenziyaya malik bazar iştirakçıları tərəfindən mövcud bazar qaydalarına uyğun olaraq qəbul edilir”, – D.Junqietu qeyd edib.

Nazir bildirib ki, Moldova ilə Azərbaycan arasında enerji əməkdaşlığı artıq qaz tədarükü çərçivəsindən kənara çıxır: “Dialoq neft məhsullarını, saxlama infrastrukturunun inkişafını, bərpaolunan enerji mənbələrini, eləcə də texniki ekspertiza mübadiləsini əhatə edir”.

D.Junqietu vurğulayıb ki, Moldovada təbii qaz alışı yalnız kommersiya və bazar prinsipləri əsasında həyata keçirilir.

“Energocom” dövlət treyderi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə konstruktiv kommersiya dialoqu aparır və bazar şərtlərindən asılı olaraq spot və qısamüddətli əməliyyatların həyata keçirilməsinə imkan verən çərçivə sazişi bağlayıb. Milli şirkətin məlumatına görə, indiki mərhələdə uzunmüddətli tədarük müqaviləsi bağlanmayıb. Regional dəhlizlər boyunca logistika və nəqliyyat xərcləri son qiymətə əhəmiyyətli dərəcədə təsir göstərən əsas məhdudlaşdırıcı amil olaraq qalır”, – nazir əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv