“Avropa müdafiə sənayesi istehsalını 50 dəfə artırmalıdır” – Komissardan heyrətamiz ÇAĞIRIŞ

“Avropa müdafiə sənayesi istehsalını 50 dəfə artırmalıdır” – Komissardan heyrətamiz ÇAĞIRIŞ






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Avropa Komissiyası, #Kosmos, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Avropa İttifaqı (Aİ) ölkələri müdafiə sənayesi istehsalını 50 dəfə artırmalıdır”.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu tələbi Madriddə keçirilən müdafiə forumunda Avropa Komissiyasının müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius səsləndirib.

Komissarın sözlərinə görə, hərbi əməliyyatlar başlayandan sonra Ukrayna guya hərbi istehsalı 50 dəfə artırıb:

“Avropanın ambisiyaları da buna uyğun səviyyədə olmalıdır. Bunun üçün yeni zavodlar tikilməli, müasir avadanlıqlardan istifadə edilməli və ixtisaslı kadrlar cəlb olunmalıdır”.

Kubilius vurğulayıb ki, məqsədə çatmaq üçün Aİ ölkələri sənayedə silahlara uzunmüddətli və sabit tələbat yaratmalı, həmçinin şirkət investisiyalarının etibarlılığını təmin etmək üçün qanunvericilikdə böyük hərbi ehtiyatların saxlanması zərurətini təsbit etməlidirlər. Onun iddiasına görə, bu addımlar Avropada sülhün qorunması üçün vacibdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv