Böyük Britaniyadan olan milyonçu Tailandda müəmmalı şəkildə həlak olub

Böyük Britaniyadan olan milyonçu Tailandda müəmmalı şəkildə həlak olub






presstv

"Presstv"az #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyanın ASOS onlayn pərakəndə satış şirkətinin həmtəsisçisi Kventin Qriffits Tailandda çoxmərtəbəli binanın eyvanından yıxılaraq həlak olub.

presstvaz-ın xəbərinə görə, bu barədə “Daily Mail” nəşri məlumat verib.

“Fövqəladə xidmətlər milyonçunun cəsədini onun Pattayadakı mənzilinin eyvanının altında aşkar ediblər. Zabitlər mənzilə soxulma əlamətlərinin olmadığını bildiriblər, lakin məhkəmə-tibbi ekspertiza başa çatana qədər zorakı ölüm ehtimalını da istisna etmirlər”, – deyə məlumatda qeyd edilib.

Nəşrin məlumatına görə, ölümün dəqiq səbəbi meyitin yarılması sonra müəyyən ediləcək ki, bu da bir neçə ay çəkə bilər.

Qeyd edilir ki, faciə Qriffitsin keçmiş həyat yoldaşı ilə davam edən mübahisəsi fonunda baş verib. Qadın milyonçunu torpaq və biznes səhmlərinin satışı zamanı sənədləri saxtalaşdırmaqda ittiham edib. Qriffits ittihamları rədd edib və dindirildikdən sonra azadlığa buraxılıb.

Kventin Qriffits 2000-ci ildə ASOS-un həmtəsisçilərindən biri olub və 2005-ci ilə qədər şirkətdə çalışıb. Daha sonra o, səhmlərinin bir hissəsini sataraq milyonlarla funt sterlinq qazanıb, daha sonra isə Tailanda köçüb. Onun üç övladı qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv