Söz azadlığı bitdi? – Makron sosial mediaya tam nəzarət istəyir

Söz azadlığı bitdi? – Makron sosial mediaya tam nəzarət istəyir






presstv

"Presstv"az #Audi, #Emmanuel Makron, #Fransa, #Hadisə, #Hakim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa Prezidenti Emmanuel Makron internetdə söz azadlığının mənasız olduğunu bildirib.

presstvaz xəbər bu barədə News.ru-ya istinadən xəbər verir.

Qeyd olunur ki, Makronun partiyası uşaqların sosial mediadan istifadəsini qadağan etməyi və internetə giriş üçün pasport nəzarəti tətbiq etməyi planlaşdırır. Növbəti mərhələdə şəxsi həyatın izlənməsi də nəzərdə tutulur.

“Əgər sosial medianın insanı bir mənfi hadisədən digərinə necə yönləndirdiyini heç kim bilmirsə, demək ki, söz azadlığı cəfəngiyyatdır. Mən ictimai asayişi qorumaq istəyirəm”, – Fransa lideri Yeni Dehlidə çıxışında qeyd edib.

Yanvar ayında Fransa Milli Assambleyası 15 yaşdan kiçik yeniyetmələrin sosial mediadan istifadəsini qadağan edən qanunu təsdiqləyib. Qanun 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək və məqsəd gənclərin mental sağlamlığını qorumaqdır.

Ekspertlər bildirirlər ki, Makron söz azadlığını cəfəngiyyat adlandıraraq internetə nəzarəti gücləndirmək istəyir.

Rusiya Elmlər Akademiyasının eksperti Sergey Fyodorov deyir ki, Makron sosial media və mesajlaşma tətbiqlərini izləmək, pasport nəzarəti ilə istifadəçiləri yoxlamaq niyyətindədir. Milli mesajlaşma tətbiqi olmadığından alternativ də yoxdur. Prezident parlamentdə zəif mövqedədir və hakimiyyətdə qalmaq üçün vətəndaşlara nəzarəti artırmağa çalışır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv